Zelenski: Ukrayna qazın tranzitindən 7 milyardan çox gəlir əldə edəcək – FOTO

05:20 31-12-2019 644

Rusiya və Ukrayna beş il müddətinə Rusiya qazının tranzitinə dair müqavilə imzalayıblar.

HerGun.Az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski özünün “Facebook” səhifəsində bildirib.

Onun sözlərinə görə, yeni müqaviləyə əsasən Ukrayna 5 il ərzində azı 7 milyard dollar gəlir əldə edəcək.

O həmçinin bildirib ki, müqavilə daha 10 il müddətinə uzadıla bilər. 

Ukrayna prezidentinin sözlərinə görə, ölkənin qaz nəqliyyat sistemi yüklənəcək və bu vətəndaşların enerji təhlükəsizliyini və rifahını təmin edəcək.

Qeyd edək ki, müqaviləyə əsasən Rusiyanın “Qazprom” şirkəti birinci ildə 65 milyard kubometr, sonrakı dörd il ərzində isə ilə 40 milyard kubometr qaz nəql etmək öhdəliyini üzərinə götürüb.