Cərrah xəstəni əməliyyat zamanı təsadüfən yandırdı

07:00 31-12-2019 684

Buxarestdə (Rumıniya) xəstəxanaların birində xəstə cərrahiyyə əməliyyatı zamanı yanıb, bir həftə sonra isə dünyasını dəyişib.

BBC xəbər verir ki, 66 yaşlı xəstə mədəaltı vəzində xərçəngin yığışdırılması üçün xəstəxanaya gəlib.

Əməliyyat zamanı cərrah skalpeli spirt tərkibli maye ilə dezinfeksiya edib. Birdən xəstə od vurub alışıb. Onun bədənin 40 faizi yanıb, aldığı yanığlardan bir həftə sonra isə dünyasını dəyişib.

Rumıniya polisi faktla bağlı araşdırma aparır. Mərhumun qohumları bildiriblər ki, həkimlər hadisəni uzun müddət gizlədiblər.