Hollandiya dünya xəritəsindən “silindi”

04:20 02-01-2020 457

Niderlandı bu ilin əvvəlindən Hollandiya adlandırmaq olmaz. Artıq yerli hakimiyyət orqanları, özəl şirkət və universitetlər yalnız Niderland adından istifadə edəcək.

Bu barədə “The Guardian” yazır.

Ölkə hakimiyyəti qeyd edir ki, bu qərar turist axınının bərabər paylaşdırılmasına kömək edəcək. Belə ki, hazırda turistlərin əksəriyyəti məhz tarixi Hollandiyaya – Amsterdam, Harlem və Haaqa – üstünlük verirlər, bu şəhərlər isə ziyarətçilərin axınının öhdəsindən gələ bilmirlər.

Niderland hökuməti coğrafi adın islahatı ilə hazırda populyar olmayan regionlara daha çox turist cəlb etmək, həmçinin “narkomanlar üçün cənnət” imicindən qurtulmaq niyyətindədir. Eyni zamanda, “qırmızı fənərlər küçəsi” üzrə ekskursiyalar, demək olar ki, tamamilə ləğv edilib.

Bildirilir ki, imicin dəyişməsi dövlətə 200 min avroya başa gəlib, belə ki, islahata məhz bu qədər vəsait ayrılmışdı. Artıq ölkənin rəsmi adı 2020-ci ilin yanvarın 1-dən yalnız Niderlanddır. Ölkə məhz bu ad altında Tokioda keçiriləcək Olimpiya Oyunlarında və “Eurovision-2020” musiqi müsabiqəsində təmsil olunacaq.