Göyərtəsində yüksək rütbəli hərbçilər olan vertolyot yoxa çıxdı

07:40 02-01-2020 491

Tayvanın Müdafiə Nazirliyinin göyərtəsində yüksək rütbəli hərbi məmurlar olan vertolyotu ilə əlaqə itib.

Global Times” qəzetinin verdiyi məlumata əsasən, “Black Hawk” hərbi vertolyotu ilə əlaqə cümə axşamı səhər saatlarında yoxa çıxıb.

Bildirilir ki, onun göyərtəsində Baş qərargahın rəisi general-polkovnik Şen İmin və digər yüksək rütbəli hərbçilər olub. 

Məlumata əsasən, vertolyot yerli vaxtla təxminən 9:00-da İlan şəhəri yaxınlığında dağlıq ərazidə  məcburi eniş edib. Hadisə yerinə xilasedicilər yönləndirilib.
.