Elnur Allahverdiyev imzatoplama kampaniyasından yazdı - FOTO

12:40 03-01-2020 601

YAP-ın 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd Elnur Allahverdiyev imzatoplama kampaniyasına başlayıb.

Qafqazinfo-nun məlumatına görə, Elnur Allahverdiyev kampaniya çərçivəsində vətəndaşlarla görüşərək onlarla söhbət edib, problemlərini dinləyib.

O, sosial şəbəkədəki paylaşımında imzatoplama kampaniyasının uğurla davam etdiyini bildirib:

“Hər evdə bir sevgi, hörmət, hər ünsiyyətimizdə sadə vətəndaşların gələcəyə nə qədər böyük ümidlə baxdıqlarını görürük. İnsanlar bu seçkilərin ölkədə aparılan islahatların davamı olduğuna əmindirlər. Azərbaycan vətəndaşının dövlətə, iqtidara inamı həmişəki kimi güclü və səmimidir. Bizi qələbəyə aparan əsas amil də elə bu inam, bu səmimiyyət olacaq!”

Qeyd edək ki, E. Allahverdiyev sahibkarlıq fəaliyyəti ilə məşğuldur. O, 2017-ci ildən Heydər Əliyev Mərkəzinin direktorunun müşaviridir.