Dəniz şirləri qayığı oğurlayıb batırdılar - VİDEO

02:40 04-01-2020 506

ABŞ-ın şimalındakı Pücet körfəzində, şahid dəniz şirlərinin köhnə paslı qayığı necə sürdüyünü videoya çəkib, lakin gəmi bu ağırlığa dözməyib və batıb.

Video “Instagram”da Coşua Filipps tərəfindən paylaşılıb. 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Boats and.... #sealions

Публикация от Joshua Phillips (@fishingjosh)

Kadrlarda Vaşinqton ştatının şimal sahillərinin peyzajı və iki dəniz şirinin yelkənli paslı qayıqda qürurla oturmağı görünür.  Gəminin arxa hissəsi heyvanların 200 kiloqrama yaxın çəkisi altında suya çökür.

Bu video iki gün ərzində milyondan artıq baxış toplayıb.