Ərdoğan Mərkəzi Bankın sədrini işdən çıxardı

08:18 06-07-2019 668

Türkiyə Mərkəzi Bankının sədri Murat Çetinkaya tutduğu vəzifəsindən uzaqlaşdırılıb.

Resmi Gazete”nin məlumatına əsasən, müvafiq sərəncam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.

Bu vəzifəyə vitse-prezident Murat Uysalın təyin olunduğu bildirilir.