Azərbaycan vətəndaşı Gürcüstanda 10 il həbs cəzası aldı

00:40 18-01-2020 401

Gürcüstanın Rustavi Şəhər Məhkəməsi Azərbaycan vətəndaşını qanunsuz narkotik əldə etməsinə və saxlamasına görə 10 il müddətinə azadlıqdan məhrum edib.

HerGun.Az xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğunun saytı məlumat yayıb.

Azərbaycan vətəndaşı 29 iyul 2019-cu ildə Rustavi şəhərində tutulub.

İstintaq onun kannabioid sinifində yeni psixoaktiv maddə hesab olunan təxminən 1,3 kiloqrama yaxın ADB-FUBINACA maddəsini qeyri-qanuni yolla əldə etdiyini və saxladığını sübut edə bilib.

Bu maddə təqsirləndirilən şəxsin müvəqqəti yaşayış yerindən və avtomobilindən tapılıb. Bundan əlavə, ittiham tərəfi 96 qramdan çox MDMA və 1,5 qram buprenorfinin alınması və saxlanmasını sübut edib.