Tacikistanda etap zamanı 13 dustaq öldü

02:09 08-07-2019 624

Tacikistanda bir qrup məhkum başqa həbsxanaya etap edilərkən 13 dustaq ölüb.

TASS xəbər verir ki, hadisə 128 məhbusun ölkənin şimalından cənuba aparılması zamanı baş verib.

Üç avtomobillə yola çıxan məhbusların avtomobilə minərkən bir şikayəti olmayıb.

Ancaq marşrutun ikinci hissəsində - Mayxur Varzobskovo rayonu ərazisində dustaqlardan biri nəzarətçilərin icazəsi ilə onunla birlikdə gedən 16 yoldaşı ilə çörək məmulatını bölüşdürüb yeyib.

Bundan yarım saat sonra dustaqların halı pisləşməyə başlayıb. Düşənbəyə çatdıqda isə 16 nəfər halsız vəziyyətdə olub. Əraziyə təcili olaraq xüsusi tibb birqadası cəlb olunub.

Bütün cəhdlərə baxmayaraq, dustaqlardan sadəcə üç nəfəri xilas etmək mümkün olub. Digər 13 nəfər isə ölüb.