“Rustavi 2” kanalının direktoru söyüşə görə tamaşaçılardan üzr istəyib

04:00 08-07-2019 632

Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalı aparıcı Giorgi Qabunianın qalmaqal yaradan monoloquna görə tamaşaçılardan üzr istəyib.

Gürcüstan Online” xəbər verir ki, kanalın direktoru Nika Qvaramiya aparıcının hərəkətinin qəbuledilməz olduğunu qeyd edib.

Bəyanatda qeyd olunub ki, aparıcının hərəkəti “Rustavi 2”nin redaksiya siyasəti və kanalın yüksək standartlarına cavab vermir.

Yayımçı G.Qabunia ilə bağlı müvafiq qərarın qəbul olunacağını qeyd edib.

Hazırda “Rustavi 2” kanalının ofisi yaxınlığında etiraz aksiyası davam edir.

Qeyd edək ki, “Rustavi 2” kanalında yayımlanan “Postskriptum” proqramında aparıcı G.Qabunia Rusiya prezidenti Vladimir Putinin ünvanına rus dilində qeyri-etik ifadələr və söyüş işlədib.