O azərbaycanlılara görə hər ay pul ödəməlidir

10:00 05-02-2020 334

Rusiyada Tümen vilayətinin Tobolsk şəhərində yerli sakin azərbaycanlıları saxta qeydiyyata alıb.

Tobolsk.info-nun yaydığı xəbərə görə, Rusiya vətəndaşı Sergey Nikolayeviç şəhərin 6-cı mikrorayonunda yerləşən yataqxananın 120-ci otağında eyni zamanda  üç azərbaycanlı, bir tacik və bir özbəyi qeydiyyata salıb. Məlum olub ki, həmin şəxs ötən il ərzində dəfələrlə Orta Asiya və Cənubi Qafqazdan gələn xarici vətəndaşları da yataqxanada yerləşən bir otağa “yerləşdirib”.

Beləliklə, təkcə bir ay ərzində o, 20-dən çox xarici vətəndaşı saxta sənədlə qeydiyyata salıb.

İstintaq prosesində S.Nikolayeviç hər şeyi etiraf edib. Qanunu pozan şəxs iki il ərzində hər ay 4375 rubl (təx.118 AZN) cərimə ödəyəcək.