MSK daha bir nəfərin namizədliyini ləğv etdi

16:40 07-02-2020 68

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 86 saylı İsmayıllı seçki dairəsindən Məzahir Şahvələdovun deputatlığa namizədliyi ləğv edilib.

HerGun.Az-ın məlumatına görə, bu, M.Şahvələdovun ikili vətəndaşlığının olması ilə bağlıdır.  

MSK katibi Arifə Muxtarova bildirib ki, müvafiq dairə seçki komissiyasının müraciətindən sonra MSK məsələni araşdırıb.

“Dövlət orqanlarına verilən sorğu əsasında, həqiqətən də, məlum olub ki, həmin şəxsin Rusiya vətəndaşlığı da var”, - deyə A.Muxtarova əlavə edib.

Aqşin Kərimov