İranda terrorçuların hücumu nəticəsində 10 hərbçi həlak oldu

16:00 21-07-2018 22

Cümə günü axşam saatlarında İranın Kürdistan əyalətinin  Marivan bölgəsinin Dari kəndindəki hərbi post terrorçuların hücumuna məruz qalıb.

HerGun.Az-ın verdiyi xəbərə görə, İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının Həmzə Seyiddüş-Şühəda  Qərargahının yaydığı açıqlamada bildirilir ki, inqilaba zidd və  terrorçu qüvvələr postun  silah-sursat  anbarında partlayış törədiblər.

Nəticədə İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) 10 hərbçisi həlak olub, 8-i yaralanıb.

Cavab atəşi ilə bir neçə terrorçu öldürülüb, bəziləri isə yaralanıb.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.