ABŞ “Oskar”ın 92-ci təqdimatına hazırlaşır

02:40 09-02-2020 350

ABŞ kinematoqrafiya elmləri və incəsənət akademiyasının “Oskar” mükafatının qalibləri bazar günü məlum olacaq, mükafatın 92-ci təntənəli təqdimat mərasimi Los-Ancelesdə keçiriləcək.

Ardıcıl olaraq ikinci il “Oskar” mərasimi aparıcısız keçəcək: qalibləri onların həmkarları təqdim edəcəklər. ABŞ-da kinomükafat mövsümünün kulminasiyası sayılan mərasim dünyanın 225-dən çox ölkəsində yayımlanacaq.

Ənənəvi olaraq, 24 kateqoriyada təqdim olunan “Oskar”ın qaliblərinə 24 karatlıq qızılla örtülmüş cəngavər heykəlcikləri təqdim olunacaq. Kino dünyasının ən nüfuzlu mükafatının dəyəri təxminən 400 dollardır.