İtaliyada daha bir oyun koronavirusa görə təxirə salındı

20:00 22-02-2020 70

İtaliya “B” Seriyasında “Askoli” - “Kremoneze” matçı koronavirus təhlükəsi ilə əlaqədar təxirə salınıb.

RİA-nın yaydığı məlumata görə, buna səbəb xəstəliyin əlamətlərinin Lombardiya bölgəsində aşkarlanmasıdır.

Görüşün başqa vaxt təşkil olunması barədə qərar qəbul olunub.

Xatırladaq ki, İtaliyada artıq həvəskar liqada çıxış edən 38 yaşlı futbolçuya koronavirus diaqnozu qoyulub.