Putin növbəti seçkilərdə namizədliyini verəcəyini istisna etmir

19:00 10-03-2020 328

Rusiya prezidenti Vladimir Putin növbəti prezident seçkilərində iştirak edəcək.

“RİA Novosti”nin xəbərinə görə, bu barədə o, Dövlət Dumasında Konstitusiyaya düzəlişlərlə bağlı çıxışı zamanı deyib.

Rusiya lideri həmçinin bildirib ki, Konstitusiya məhkəməsinin qanunvericiliyə zidd hesab etmədiyi və müvafiq qərarı təsdiqlədiyi təqdirdə düzəliş mümkündür.

Eyni zamanda, prezident vurğulayıb ki, bundan əvvəl Rusiya vətəndaşları düzəlişlərin qəbulu ilə bağlı fikirlərini bildirməlidirlər.

Daha öncə Putin prezidentlik müddətlərinin sayına qoyulan məhdudiyyətin aradan qaldırılması fikrini dəstəkləmədiyini demişdi.

Qeyd edək ki, bu gün Rusiya Dövlət Dumasının deputatı, dünyada ilk kosmonavt qadın Valentina Tereşkova Konstitusiyaya əlavə və dəyişikliklər qəbul edildikdən sonra prezidentlik müddətinin sayına limitin ləğv edilməsi ilə bağlı təklif irəli sürüb.