BMT kasıb ölkələrə koronavirusla qarşı mübarizədə yardım edəcək

02:20 26-03-2020 68

BMT-nin baş katibi Antoniu Quterriş koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsind kasıb ölkələrə qlobal yardım proqramına start verildiyini bildirib.

“Gazeta.ru” xəbər verir ki, BMT-nin Mərkəzi Fondu artıq bu istiqamətdə 60 milyon dollar ayırıb.

Planın davam etməsi üçün təşkilat daha 2 milyard dollar vəsait tələb edib.

Bundan əlavə, təşkilat Afrika, Asiya və Latın Amerikasının kasıb ölkələri ilə “hava körpüləri” yaratmağı nəzərdə tutur.

Beləliklə koronavirusun tüğyan etdiyi bölgələrə həkimlərin çatdırılması daha da asanlaşacaq.