İndoneziyada gəmi qəzası: 17 ölü

13:18 18-06-2019 613

İndoneziya sularında sərnişin gəmisinin qəzaya uğraması nəticəsində azı 17 nəfər həyatını itirib, bir nəfər itkin düşüb.

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, gəmi Şərqi Yava bölgəsinin sahilləri yaxınlığında çevrilib. Xilasedicilər 39 nəfəri sudan çıxara bilib. Hazırda qəzanın baş verdiyi ərazidə axtarış-xilasetmə əməliyyatı aparılır,  dalğıclardan ibarət dəstə əməliyyata cəlb olunub.