İctimai xadim, professor Çingiz Abdullayevin 60 illik yubileyidir - QISA BİOQRAFİYA

22:20 01-04-2020 325

1 aprel 2020-ci il tarixində professor, texnika üzrə fəlsəfə və kulturologiya üzrə elmlər doktoru, Alman–Azərbaycan Cəmiyyətinin sədri, “Azərsu” ASC-nin sədrinin müşaviri, sülh səfiri, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin fəxri üzvü Çingiz Abdullayevin 60 yaşı tamam olur. 

Çingiz Əli oğlu Abdullayev 1 aprel 1960-cı ildə Ağstafa şəhərində ziyalı ailəsində anadan olub. 1977-1982-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının mühəndis-mexanik ixtisası üzrə təhsil alıb. 

1982–1985-ci illərdə Keşlə maşınqayırma zavodunda mühəndis olaraq başlamışdır. 1985–1990-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında əyani aspirant, elmi işçi və müəllim işləyib.  

1990–1994-cü illərdə Alman–Azərbaycan Cəmiyyətinin Azərbaycanda nümayəndəsi olub. Dünyanın müxtəlif, aparıcı kitabxanalarında alman, ingilis, rus və italyan dillərində kitabları saxlanılır. Bundan başqa, onun həm Azərbaycanda, həm də xarici ölkələrdə ərsəyə gələn bir çox sənədli filmlərin ssenari müəllifi olub. 

2008–2011-ci illərdə Bakı Slavyan Universitetinin V.f.Humbolt adına tədris və mədəniyyət mərkəzinin qurucusu və rəhbəri olub. 2011–2015-ci illərdə Bakı Slavyan Universitetinin Avropaşünaslıq kafedrasının professoru, Ölkəşünaslıq laboratoriyasının elmi işçisi vəzifəsində işləyib.  

2013–2014-cü illərdə Azərbaycan Respublikası Prezidenti yaninda Ali Attestasiya Komissiyasının eksperti olub. 2011–2012 və 2015–2016-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dissertasiya Şurasının üzvü olub.  

1994-cü ildən Alman–Azərbaycan Cəmiyyətinin sədridir. 2011-ci ildən “Azərsu” ASC-nin sədrinin müşaviridir.  

2016-cı ildən Bakı Slavyan Universitetinin Azərbaycan Multikulturalizm kafedrasının professorudur. 

HerGun.Az kollektivi adından görkəmli alimimizi təbrik edir, ona uğurlar arzulayırıq.