Messi ilə “Barselona” prezidenti arasında növbəti gərginlik

02:00 02-04-2020 385

“Barselona”nın ulduzu Lionel Messi ilə klub rəhbərliyi arasında gərginlik artıb.

Bu barədə İngiltərənin “Mail Online” nəşri yazıb.

Klub rəhbərliyi ilə uzun illərdir bir çox məsələlərdə Messi arasında narazılıqlar yaşanır. Bunun ən son nümunəsi isə koronavirus ətrafında olub.

Nəşrin iddiasına görə, Messi “Barselona” prezidenti Jozep Bartomeunun koronavirus ətrafında yaranmış çətin vəziyyəti idarə etməkdə kifayət qədər səriştəli davranmadığını bildirib.

Bu isə klub rəhbərliyinin narazılığına səbəb olub.