Bakıda kafe yanıb
15:20 05-04-2020 409
Bakıda kafedə yanğın hadisəsi olub.
HerGun.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 200 m² olan kafenin çardağında plastmas konstruksiyadan ibarət tikili 8 m² sahədə yanıb.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.