Çinə və Rusiyaya müqavimət göstərmək üçün Pentaqona 20 milyard dollar tələb olunur
04:40 08-04-2020 362
ABŞ hərbçiləri ölkənin parlamentinə onlara əlavə olaraq 20 milyard dollar ayrılması barədə müraciət edib.
“MIG News” xəbər verir ki, bu pullar Pentaqona Hind-Sakit okeanı bölgəsində Rusiya və Çinə qarşı müqavimət göstərmək üçün lazımdır.
Hərbçilər qeyd edir ki, əks təqdirdə həmin ölkələr ABŞ-ın maraqlarına zidd olan hərəkətlər həyata keçirəcək.
Həmin məbləği Pentaqon raketəleyhinə sistemlərin genişləndirilməsi istiqamətində xərcləyəcək.