Çexiyada üç yerə bölünən UNO lentə aldılar – VİDEO

08:40 17-04-2020 38

Çexiyanın Kromerjij şəhərinə gedən yerli sakinlər göydə parıldayan obyekt görüblər, lakin onu təyyarə ilə səhv salaraq əhəmiyyət verməyiblər.

“The Sun” xəbər verir ki, bir müddət sonra isə onlar bu obyektin özünü təyyarə kimi aparmadığını yəqin edərək videoçəkiliş aparıblar.

Videonun müəllifləri uçan naməlum obyektin (UNO) bir anda üç yerə bölündüyünün şahidi olublar.

Qeyd etmək lazımdır ki, obyektlər bir neçə dəqiqə göydə hərəkət etdikdən sonra sürət yığaraq gözdən itiblər.