Yeni doğulan körpələri koronavirusdan qorumaq üçün maraqlı üsul - FOTO

17:40 22-04-2020 29

Türkiyənin Tibb Elmləri Universitetinin nəzdindəki xəstəxanada dünyaya gələn körpələrə koronavirusdan müdafiə tədbirləri çərçivəsində tibb işçilərinin özlərinin hazırladıqları üz sipəri taxılır.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Bildirilir ki, bir çox hallarda COVID-19-a yoluxma simptomsuz müşahidə edilir. Buna görə anaların arasında daşıyıcıların ola biləcəyi istisna deyil.

Uşaqların immun sisteminin tam inkişaf etməməsi və onları qoruya bilmək üçün xəstəxanada bu addım atılıb.