Mingəçevirdə əri tərəfindən bıçaqlanan qadın xəstəxanada ölüb

23:20 20-05-2020 26

Mingəçevirdə 37 yaşlı qadın əri tərəfindən bıçaqlanıb.

APA-nın məlumatına görə, hadisə Koroğlu küçəsi 26 ünvanında baş verib.

1983-cü il təvəllüdlü şəhər sakini İsayeva Fərqanə Tahir qızı əri tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb. İki uşaq anası olan qadın xəstəxanaya yerləşdirilib. Məlumata görə, qadına beş bıçaq zərbəsi vurulub.

Lakin həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, qadın xəstəxanada keçinib.

Faktla bağlı hazırda istintaq araşdırmaları aparılır.