İranda evlənənlərin sayı kəskin şəkildə azalıb

02:20 21-05-2020 26

İranda son on il ərzində evlənənlərin sayı 40 faiz azalıb.

Bu barədə İRNA ölkənin Səhiyyə Nazirliyinin Ailə və Məktəblər üzrə baş müdiri Həmid Bərəkətinin açıqlamasına istinadla məlumat yayıb.

H.Bərəkəti bildirib ki, 2010-cu ildə ölkə ərazisində 890 min nikah kəsildiyi halda, 2019-cu ildə bu rəqəm 40 faiz azalaraq 550 minə düşüb.

O, gənclərin evlənməyə, uşaq sahibi olmağa sövq edilməsini və bu məsələyə dövlətin dəstək verməli olduğunu qeyd edib:

“Cəmiyyətdə uşaq sahibi olma istəyinin azaldığını müşahidə edirik. Bu gedişlə 30 ildən sonra dünyanın ən yaşlı əhalisi olan ölkələrindən birinə çevriləcəyik”.