Gül almaq üçün mağazada olan polisin avtomobili özbaşına yola düşdü – VİDEO

06:40 21-05-2020 21

Gül mağazasına daxil olan polis xidməti maşınını itirmək təhlükəsi ilə üzləşib.

“BAZA” Telegram kanalı bununla bağlı kadrları yayımlayıb.

Məlumata görə, hadisə Rusiyanın paytaxtı Moskva şəhərində baş verib.

Kadrlarda sürücüsü olmayan maşının yolun ortası ilə hərəkət etdiyi görünür. Yoldan keçənlər bunu görüb özlərini maşının qabağına veriblər və nəqliyyat vasitəsini itələyərək əvvəlki yerinə aparıblar.