Ermənistanda koronavirusa yoluxanların sayı birdən-birə artıb

05:20 25-05-2020 347

Ermənistanda qəfildən koronavirusa yoluxanların sayı  artıb. Belə ki,  son sutka ərzində Ermənistanda 359 nəfər koronavirusa yoluxub, daha dörd nəfər bu virusdan ölüb.

Məlumatı Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Qeyd edək ki, hazırda Ermənistanda koronavirusa yoluxan 6661 nəfər var.

Virusdan ölənlərin sayı isə artıq 81 nəfərə çatıb.