Mərkəzi Bankın valyuta ehtiyatlarında azalma ola bilər - RƏSMİ

16:00 01-06-2020 470

“Ölkədə bağlanmış dörd bankdakı 680 milyon manat sığortalı əmanətin 200 milyon manatının ödənilməsi üçün Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun likvidliyi var”.

HerGun.Az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Sədr qeyd edib ki, 480 milyon manatı qanunamüvafiq olaraq Mərkəzi Bank fonda kredit kimi verəcək:

“Bu məsələ ilə bağlı ADİF, AMB və Maliyyə Nazirliyi arasında danışıqlar gedir”.

E.Rüstəmov əlavə edib ki, vəsaitin 200 milyon manatlıq hissəsinin xarici valyuta formasında verilməsi planlaşdırılır:

“Bu ilin sonuna qədər Mərkəzi Bankın valyuta ehtiyatlarında azalma ola bilər”. 

İlhamə Əbülfət