Jirinovski: “Tramp qadın paltarı geyinib Rusiyaya qaçacaq”

02:00 02-06-2020 54

ABŞ-dakı iğtişaşlar inqilabi dəyişikliyə səbəb ola bilər.

Bu barədə Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski “Telegram” kanalında yazıb.

V.Jirinovski hesab edir ki, ABŞ inqilabın astanasındadır.

“Dərhal oraya solçu və radikal təşkilatların nümayəndələrini göndərmək lazımdır. Onlar Ancela Devisi taparaq, ondan xalqın etirazına rəhbərlik etməyi xahiş etməlidirlər. Hesab edirəm ki, belə olacağı təqdirdə inqilab uğurla bitəcək və Donald Tramp qadın paltarı geyinib Vaşinqtondakı Rusiya səfirliyinin xidməti avtomobilində Rusiyaya qaçacaq”.

Qeyd edək ki, Minneapolisdə afroamerikalının polis zorakılığı nəticəsində ölməsindən sonra ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar başlayıb.