Onu yaralayan şəxsin adını qanı ilə döşəməyə yazdı - FOTO

04:00 21-06-2020 402

Türkiyənin İstanbul şəhərində qadın onu silahla vuran şəxsin adını qanı ilə döşəməyə yazıb.

Haberler.com məlumat verir ki, hadisə Zeytinburnu rayonunda baş verib.

Belə ki, 49 yaşlı Nurtaç Canan əri Ragıp Canana boşanacağını və valideynlərinin evinə qayıdacağını deyib. Bu zaman R.Canan oldu silahla onun hər iki ayağından vuraraq qaçıb. Öləcəyini düşünən qadın qanı ilə döşəməyə onu silahla vuran adamın adını yazıb.

Hadisə yerindən qaçan R.Canan isə oğluna anasını döydüyünü bildirib.

Anasını qan içində tapan uşaq təcili yardıma və polisə xəbər verib. Hadisə yerinə gələn səhiyyə işçiləri qadına ilkin tibbi yardım göstərib və onu xəstəxanaya yerləşdiriblər. Polislər isə döşəmədə adı yazılan şübhəlinin axtarışına başlayıb, onu tapıblar.

Faktla bağlı araşdırma davam edir.