Bakıda beşmərtəbəli binada yanğın oldu

00:20 27-06-2020 363

Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib.

Bu barədə HerGun.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 35 m² olan 2 otaqlı mənzildə ev əşyaları 5 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın söndürülüb.