Moskva-İrəvan reysi tüstüləndi, səkkiz nəfər xəsarət aldı

06:00 19-07-2019 93

Moskvanın “Şeremetyevo” hava limanında Moskva-İrəvan reysinin təxliyəsi zamanı 8 nəfər xəsarət alıb.

RİA Novosti” xəbər verir ki, “Severnı veter” aviaşirkətinə məxsus “Boeing 747” sərnişin təyyarəsi pilot kabinəsində tüstülənmə barədə siqnal səbəbindən uçuşu dayandırıb.

Təyyarənin göyərtəsində 187 nəfər olub. Onlar hava trapı vasitəsi ilə təxliyyə olunublar.

Təxliyyə zamanı yaranan basırıq səbəbindən 8 nəfər xəsarət alıb.