Azərbaycanda faydalı qazıntılar elektron hərrac yolu ilə istismara veriləcək

19:40 02-07-2020 323

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və Ukraynanın İqtisadiyyat Nazirliyinin dövlət müəssisəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən verilən xəbərə görə, memorandumun imzalanmasında məqsəd faydalı qazıntı yataqlarının şəffaf şəkildə, elektron hərrac yolu ilə sahibkarlara istismara verilməsi sahəsində Ukraynanın qabaqcıl təcrübəsini öyrənmək və mövcud rəqəmsal texnologiyaları Azərbaycanda tətbiq etməkdir.