Su Polisi balıqçının həyatını xilas etdi – FOTO

18:30 24-09-2018 9
loading...

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları balıq mövsümünün başlanması ilə əlaqədar Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olanlara qarşı reydlərə başlayıb. 

HerGun.Az-ın məlumatına görə, reydlər zamanı bir sıra qanun pozuntuları aşkarlanıb. 

Eyni zamanda, İdarənin əməkdaşları tərəfindən bir balıqçının həyatı xilas olunub. 

Belə ki, sentyabrın 7-də başlayan reydlər bir ay müddətində davam edəcək. Reydlərin nəticəsi barədə vaxtaşırı məlumatlar veriləcək. Hazırkı məlumata görə, Şabran rayonu ərazisində yerləşən “Ağzıbir” ovçuluq  təsərrüfatında qanunsuz  ekoloji cinayət törətdiyinə görə, 3 nəfər məsuliyyətə  cəlb olunub. 

Əlizadə Əhməd  Rafiq oğlu, Balayev Nazim Məmməd oğluBalayarov Nicat Balayar oğlu barədə hazırda Su Nəqliyyatı Polis İdarəsində  təhqiqat- araşdırma  aparılır. Adları çəkilən şəxslər üzərində bir ədəd bıçaq, 3 ədəd tüfəng, 164 ədəd istifadə olunmamış patron, 8 ədəd quş aşkar edilərək maddi sübut kimi götürülüb. Qanunu pozanlara qarşı Azərbaycan Respublikasının (AR) Cinayət Məcəlləsi (CM) ilə uyğun olan cəza və cərimələr tətbiq olunacaq. Su Nəqliyyatında Polis İdarəsi vətəndaşlara xəbərdarlıq edərək onları ölkə qanunlarına riayət etməyə səsləyir. 

Onu da qeyd edək ki, Qızılağac Dövlət Qoruğu, Abşeron dövlət Qoruğu, Ağgöl Dövlət Qoruğu və Sarısu Ovçuluq Təsərrüfatı, eləcə də Şərbətgöl, Mahmutçala, Qırmızıçala, Yaşma, Giləzi, Varvara Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisində yerləşən dövlət qoruqları və ovçuluq təsərrüfatlarıdır. Sadalanan ərazilərdə il ərzində vaxtaşırı proflaktik tədbirlər keçirilir və ovçulardan ov qaydalarına riayət olunması barədə söhbətlər aparılır. 

Buna baxmayaraq il ərzində yuxarıda adları sadalanan ərazilərdə 23 cinayət faktı, 6 inzibati xəta faktı aşkarlanıb. Nəticədə dövlətə dəymiş 16min 750 azn pul ödənilib, eyni zamanda qanunu pozanlar məsuliyyətə cəlb edilib. Qanun pozuntularında 6 ədəd tüfəng, 65 ədəd tüfəng patronu, 5 ədəd qızıl qaz quşu, 4 ədəd ördək götürülüb.