Biləsuvarda xeyli sayda partlamamış hərbi sursat aşkarlandı - FOTO

20:05 24-09-2018 17
loading...

Biləsuvar rayonu ərazisində 33 ədəd partlamamış hərbi sursat aşkar olunub. 

Bu barədə HerGun.Az-a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. 

Bildirilir ki, ANAMA mütəxəssisləri və Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Mahmudçala” ovçuluq təsərrüfatının ərazisində baxış keçirilib.

Aşkar olunan partlamamış hərbi sursat zərərsizləşdirilməsi üçün götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb. 
 
Ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.