14 yaşlı qız “Taliban” döyüşçülərindən ailəsinin qisasını aldı

06:40 22-07-2020 331

Əfqanıstanda yeniyetmə qız ailəsinin mənzilinə basqın edən iki “Taliban” döyüşçüsünü öldürüb, bir neçəsini yaralayıb.

REN TV xəbər verir ki, hadisə Əfqanıstanın Qor əyalətində qeydə alınıb.

Gözünün qarşısında ailə üzvlərinin öldürülməsinin şahidi olan 14 yaşlı Kəmər Gül mənzildə olan AK-74M avtomatını götürərək, terrorçulara atəş açıb.

Hadisə yerinə gələn Əfqanıstan hüquq-mühafizə orqanlarının əməkdaşları yeniyetməni təhlükəsiz yerə aparıblar.

Qeyd olunur ki, ailə Əfqanıstanın hazırkı hökumətinə dəstək verdiyi üçün “Taliban” döyüşçüləri tərəfindən hücuma məruz qalıb.