Qızına təcavüz edən tarixçini azadlıqdan məhrum etdilər

03:40 23-07-2020 336

Rusiyada Petrozavodsk Şəhər Məhkəməsi “Memorial” Cəmiyyətinin Kareliya şöbəsinin rəhbəri, tarixçi Yuri Dmitriyevi azadlıqdan məhrum edib.

Lenta.ru məhkəmənin saytında dərc olunan məlumata əsasən, onun 3 il 5 ay müddətinə azadlıqdan məhrum edildiyini bildirir.

Mətndə deyilir ki, həmin şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 132-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi (on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri) ilə mühakimə edilir. O, cəzasını ciddi rejimli cəzaşəkmə müəssisəsində çəkəcək.

Dmitriyevin evində silah və qızlığının üç, beş və altı yaşında yarıçılpaq fotoşəkilləri aşkar edildikdən sonra ona qarşı cinayət işinə başlanılıb. Prokurorluq bunu uşaq pornoqrafiyası kimi qiymətləndirib. Kişi ifadəsində bildirib ki, qızının bəzi xəstəlikləri olub, onun çəkisini və sağlamlığını nəzarətdə saxlamaq üçün şəkillərini çəkib.

Qeyd edək ki, tarixçi Yuri Dmitriyev Sandarmokda Stalin repressiyaları qurbanlarının dəfninin tədqiqatçısı olub, 1930-40-cı illərdə Kareliyada repressiya qurbanı olmuş şəxslərin xatirəsinə kitablar tərtib edib.