Gəncədə iki nəfər bıçaqlandı

09:20 23-07-2020 635

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin “Ət kombinatı” adlanan ərazisində qeydə alınıb.

Belə ki, həmin ərazidə iki nəfər - 1986-cı il təvəllüdlü Məmmədov Ramiz İsmayıl oğlu sağ baldırın arxa səthinin kəsilmiş-cırılmış və Gədəbəy rayonunun Dəyirmandağı kənd sakini, 1985-ci il təvəllüdlü Nəcəfəliyev Kamil Ələddin oğlu döş qəfəsəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Hər iki xəstəyə lazımi tibbi yardım göstərilib, yaraları tikilib.

Vəziyyətlərinin kafi olduğu bildirilir. Onların hansı şəraitdə bıçaqlandığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.