Lənkəranda iki avtomobil qaçıran şəxs tutuldu

00:00 25-07-2020 554

Lənkəranda iki avtomobili qaçırmaqda şübhəli bilinən şəxs tutulub. 

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində F.Zeynalova məxsus “VAZ 2107” və S.Abbasova məxsus “VAZ 2106” markalı avtomobilləri qaçırmaqda şübhəli bilinən Aşağı Nüvədi kənd sakini N.Sadıqov saxlanılıb.