Bakıda kişi bacısına və yeznəsinə çox sayda bıçaq zərbəsi vurdu

22:20 25-07-2020 623

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

1987-ci il təvəllüdlü Həmidov İsmayıl Kamil oğlu və həyat yoldaşı, 1994-cü il təvəllüdlü Sadıqova Zümrüd Vədud qızı çoxsaylı bıçaq xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı İ.Həmidovun bədənində 12, Z.Sadıqovanın bədənində isə altı ədəd kəsilmiş-deşilmiş bıçaq yarasıı aşkarlanıb.

Hər iki yaralının vəziyyəti ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.

İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində baş verib. Hadisəni Z.Sadıqovanın qardaşı törədib.

Cinayətin təfərrüatı araşdırılır.