Məşhur aktrisa 104 yaşında vəfat etdi - FOTO
21:20 26-07-2020 471
104 yaşlı aktrisa Oliviya de Hevillend vəfat edib.
RİA-nın məlumatına görə o, Parisdə yerləşən evində həyatla vidalaşıb.
Aktrisa 1939-cu ildə lentə alınmış “Küləklə sovrulanlar” filmindəki rolu ilə məşhurlaşıb.
1916-cı ildə Tokioda anadan olmuş Oliviya 18 yaşında peşəkar karyerasına başlayıb. Aktrisa iki dəfə “Oskar”, iki dəfə isə “Qızıl qlobus” mükafatına layiq görülüb.