“British Airways” və “Lufthansa” Qahirədən müvəqqəti imtina etdi

02:18 21-07-2019 1077

“British Airways” və “Lufthansa” aviaşirkətləri Qahirəyə uçuşları müvəqqəti dayandırmağa qərar verib. 

Bu barədə “Financial Times” şirkətlərin bəyanatına istinadla mlumat verir.

“Biz bütün dünyadakı  hava limanlarımızda təhlükəsizlik tədbirlərini daim gözdən keçiririk. Bu səbəbdən də qiymətləndirmə aparmaq məqsədi ilə təhlükəsizlik tədbirləri qismində  yeddi gün müddətinə Qahirəyə uçuşları dayandırırıq”, - deyə “British Airways”in bəyanatında bildirilir.

Alman şirkəti də qeyd edib ki, “Lufthansa” təhlükəsizlik nöqteyi-nəzərindən uçuşları müvəqqəti dayandırırb.

“Təhlükəsizlik “Lufthansa” üçün  əsas prioritet olduğuna görə, şirkət vəziyyətin dəyəndirilməsi aparılan müddətə Qahirəyə uçuşlar müvəqqəti dayandırır”, - şirkətdən bildirilib.