Bakıda ər arvadını bıçaqladı

03:40 07-08-2020 708

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Əhmədli qəsəbəsi, Sarayevo küçəsində baş verib.

1984-cü il təvəllüdlü Yusifova Fərqanə Arif qızı əri ilə mübahisə zamanı bıçaqlanıb.

Yaralı 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, ona iki bıçaq zərbəsi vurulub.

Yaralının vəziyyəti ağırdır.