Bakıda qardaş qardaşı bıçaqlayıb öldürdü

02:00 09-08-2020 823

Bakının Sabunçu rayonunda bıçaq xəsarəti alan şəxs xəstəxanada dünyasını dəyişib.

APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

1998-ci il təvəllüdlü Eynullayev Səfa Salubəli oğlu qardaşı ilə dava edib. Qardaşı onun qarın nahiyəsinə çoxsaylı bıçaq xəsarətləri yetirib. S.Eynullayev hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb.