Bakıda gənc qaynı tərəfindən bıçaqlanıb

02:20 10-08-2020 895

Bakının Xəzər rayonunda qohumlar arasında dava düşüb.

APA xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Əliyev Nahid Məhəbbət oğlu qaynı ilə dava zamanı bıçaqlanıb. 

O, çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəni törədən şəxs Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.