İmişlidə qətl hadisəsi: bir həmkəndlisini öldürüb, digərini yaraladı

00:00 12-08-2020 791

İmişlidə bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə 20:00 radələrində İmişli rayonu Göbəktala kəndində qeydə alınıb.

Həmkəndlilər arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. İmişli rayon Göbəktala kənd sakini 1984-cü il təvəllüdlü Pünhan Hüseynov mübahisə zamanı, həmkəndliləri - 1985-ci il təvəllüdlü Amid Əmrahovu və 1990-cı il təvəllüdlü Səbuhi Əmrahovu bıçaqlayıb.

Amid Əmrahov hadisə yerindəcə ölüb, Səbuhi Əmrahov isə yaralı vəziyyətdə Beyləqan rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Cinayəti törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.