Türkiyədə daha 15 nəfər koronavirusdan ölüb

00:20 12-08-2020 459

Türkiyədə son sutka ərzində koronavirus (COVID-19) infeksiyasından daha 15 nəfər ölüb.

Bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında bildirib. 

Məlumata görə, bu gün Türkiyədə 1183 nəfərdə infeksiyaya yoluxma aşkarlanıb. Gün ərzində sağalanların sayı isə 1185 olub.

Bununla da Türkiyədə ümumilikdə 243 180  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 5873  nəfər ölüb.