Elxan Məmmədov Canni De Byazi ilə görüşüb - FOTO

04:20 12-08-2020 449

Bu gün AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə görüşüb.

HerGun.Az xəbər verir ki, görüşdə milli komanda ilə bağlı bir sıra məsələlər müzakirə olunub, UEFA Millətlər Liqası və dünya çempionatının seçmə mərhələsi barədə fikir mübadiləsi aparılıb.

Canni De Byazi Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində İcraiyyə Komitəsi tərəfindən ona göstərilən etimada görə təşəkkür edib.

Xatırladaq ki, Canni De Byazi dünən Masazır qəsəbəsində “Sabah” və “Qəbələ” komandaları arasında keçirilən yoxlama oyununu izləyib.