İlon Mask belaruslara kömək təklif etdi: “Nə edə bilərik?”

06:40 14-08-2020 352

Amerikalı biznesmen İlon Mask sosial şəbəkədə belaruslara necə kömək edə biləcəyini soruşub.

Bu barədə Gazeta.ru məlumat yayıb.

“Twitter” istifadəçilərindən biri Belarusdakı etirazlar, seçkilərin saxtalaşdırılması və hakimiyyət nümayəndələri tərəfindən zorakılıqlarla bağlı paylaşım edib. O, həmçinin ölkədə baş verənlərlə bağlı video da bölüşüb.

İstifadəçi İlon Mask və Bill Qeytsi işarələyərək onları ölkədə baş verənlərə təsir göstərməyə çağırıb və onların sözlərinin cəmiyyətdə xüsusi çəkisinin olduğunu vurğulayıb.

İlon Mask isə “tvit”ə belə cavab verib:

“Bu barədə eşitmək ağırdır. Kömək üçün nə edə bilərik?”